Rəqqasə qəzaya düşdü

img

27-11-2014 [14:46]


Yaxın günlərdə yenidən Hindistan səfərinə hazırlaşan Oksana bu gün təxminən saat 13 00 radələrində "Yeni Müsavat”ın əməkdaşları ilə görüşə gələrkən avtomobil qəzası keçirib.

Bu haqda özü əməkdaşımıza zəng edərək məlumat verib. Əvvəl rəqqasə "çatıram” mesajını versə də, bir neçə dəqiqə sonra telefonla deyib: " Bu an qəza keçirmişəm. Avtomobilim xeyli əzilib. Bu səbəbdən təəssüf edirəm, sizinlə müsahibəyə gələ bilməyəcəm”.

Daha sonra Oksana əməkdaşlarımızla yenidən əlaqə saxlayaraq xahiş edib ki, qəza barəsində mətbuata məlumat verilməsin: "Bu haqda heç nə bildirməyin. Valideynlərim xəbər tutsa çox narahat olacaqlar”.


Digər xəbərlər
SON XƏBƏRLƏR