Bülbülədə qadınlar yolu bağlayıb-AKSİYA

img

27-11-2014 [14:39]


Noyabrın 26-da saat 12 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsinin 20 nəfər (qadın) avtomobil yolunu bağlayıb.

Mia.az DİN-in saytına istinadən xəbər verir ki, sakinlər kanalizasiya və yollarının pis vəziyyətdə olması etiraz ediblər. Onlar qəsəbənin ərazisindən keçən avtomobil yolunu bağlamağa cəhd ediblər.

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan izahedici söhbətlərdən sonra onlar gediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR