DİN-dən Əli Kərimlinin müşaviri ilə bağlı açıqlama - 7700 manatı ələ keçirib

img

27-11-2014 [13:55]


Daxili İşlər Nazirliyi Əli Kərimlinin müşaviri, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli ilə bağlı məlumat yayıb.

Mia.az DİN-in saytına istinadən xəbər verir ki, məlumayda bildirilir ki, Vətəndaş Fəridə Zülfüqarovanın 7700 manat pulunun dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaqdan yayınan Bakı şəhər sakini Asif Yusifov saxlanılmış və Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR