Yəhudi icmasının rəhbərinə «Dədə Qorqud» mükafatı verildi - FOTOLAR

img

27-11-2014 [12:38]


Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev Dədə Qorqud Fondu və «Azərbaycan Dünyası» jurnalının təsis etdiyi «Dədə Qorqud» mükafatı ilə təltif edilib. Bununla bağlı yəhudi sinaqoqunda keçirilən tədbirdə çıxış edən icma sədri Milix Yevdayev mükafata görə təşəkkür edərək bu hədiyyəni bütövlükdə yəhudi icmasına verilən dəyər kimi qyimətləndirib. Daim Azərbaycan dövlətinin möhkəmlənməsinə xidmət etdiyini deyən M.Yevdayevin sözlərinə ggörə, Azərbaycan tolerantlıq rəmzidir və burada bütün dinlərin nümayəndələrinə eyni cür münasibət var.

Tədbirdə çıxış edən yəhudi deputat Yevda Abramov bildirdi ki, Milix Yevdayev bu mükafata layiqdir: «Biz bu mükafatı yəhudi millətinə verilən dəyər kimi qəbul edirik. İnanıram ki, icma sədri bundan sonra da Azərbaycanın ictimai həyatına fəal olacaq. Milix Yevdayev Vətənə, xalqa, cənab Prezident İlham Əliyevə daim sadiq bir insandır. Biz onunla bir çox beynəlxalq tədbirlərdə iştirak etmişik və həmişə də Azərbaycan modelini təbliğ etmişik».

 

Tədbirdə o da qeyd olundu ki, Milex Yevdayev bütöv Azərbaycanın dostudur və «Dədə Qorqud» mükafatının ona verilməsi alqışlanmalıdır.

Azərbaycanın millətlərarası, multikultralizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsul əməkdaşı Müzəffər Talıblı bildirdi ki, Azərbaycanda yəhudilərə və digər millətlərə qarşı heç vaxt pis münasibət olmayıb: «Bu bir tarixi faktdır. Dövlət müşavirliyi yəhudi icmasından razıdır. Bizim sıx əməkdaşlığımız, qarşılıqlı münasibətlərimiz var. Milex Yevdayev əsl vətəndaş kimi icmanı təbliğ edir».

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov isə Milix Yevdayevə komitə sədri Mübariz Qurbanlının təbrikini çatdırdı: «Azərbaycanda dinlərə, xalqlara qarşı tolerant münasibət tarixi faktdır. Bütün bunlar Prezidentin İlham Əliyevin siyasətinin bir hissəsidir».

 

 

Elməddin

- See more at: http://ucnoqta.az/news/5513#sthash.AbpBirMH.dpuf

Digər xəbərlər
SON XƏBƏRLƏR