“AXCP-dən fərqli fikir gözləməyə dəyməz”

img

27-11-2014 [12:34]


"Fuad Qəhrəmanlının idarə etdiyi təskilatdan bundan fərqli fikir gözləmək doğru deyil”. 

Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının başqan müavini Səxavət Soltanlı "Milli Şura Müsavata yox dedi” məlumatına münasibət bildirərkən deyib. 

O vurğulayıb ki, dekabrın 14-nə təyin edilən mitinq Müsavat partiyasının insan haqları ilə bağlı keçırəcəyi bir tədbir olacaq: "Kimlərsə, hansısa təşkilat əgər hesab edirsə ki, insan haqları məsələsini müzakirə etməyə ehtiyac yoxdur, biz onlara bir söz deyə bilmərik. Hər kəs özü qərar verəcək. Kimlərinsə nəyisə müzakirə edib etməmələri bizi az maraqlandırır”.

Qeyd edək ki, Müsavat partiyası dekabrın 14-də "Məhsul” stadionunda mitinq keçirəcəyini bildirib. 

Partiya bunun üçün Bakı Şəhər İcra Hakimityyətinə məktub göndərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR