“Qarabağda savaş başlaya bilər” – Şok iddia + Video

img

27-11-2014 [12:16]


Britaniyalı jurnalist və yazar, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaal Azərbaycanın Ermənistana məxsus vertolyotun vurması və bunun fonunda cəbhədə artan gərginliyi şərh edib. 

"Qafqazinfo” xəbər verir ki, ekspert Türkiyənin NTV telekanalına müsahibəsində Qarabağda atəşkəs xəttində yol verilən bir səhvin hər an bir müharibəyə səbəb ola biləcəyini deyib: "Azərbaycan daxili siyasətə yönələn Dağlıq Qarabağ kartını oynaya bilər. Kiçik bir əməliyyat planlaşdıra bilər. Ermənilər reaksiya verə və bir an atışma mühiti yarana bilər. Əgər belə bir şey olarsa, böyük güclərini ortaya girərək təzyiqi aşağı salmaları zaman alacaq. Bu zaman kəsimində isə ciddi bir çöküş yaşana bilər. Avropa, ABŞ və Rusiya bu gərginliyin nəzarət altında olduğunu düşünərək həll üçün bir mənbə tapmır. Lakin vəziyyət pisləşərsə ortaya atılmaq məcburiyyətində qalacaqlar. Axı niyə indidən həmin mənbələr ortaya qoyulamasın?”.

Britaniyalı jurnalist Qarabağa sülh gücləri göndərilərsə, bu yolla hərbi gərginliyin azala biləcəyini deyib. Onun sözlərinə görə, Türkiyə bu prosesdə önəmli rol oynaya bilərdi, lakin Ermənistanla diplomatik əlaqələrinin olmaması bu rolu oynaya bilməsinə əngəl yaradır.

Media Təqib Mərkəzinə istinadən De Vaalın videomüsahibəsini təqdim edirik:



Digər xəbərlər
SON XƏBƏRLƏR