İcra başçısına rüşvət ittihamı, Akif Səlimovun pulla vəzifəyə adam qoyması iddia olunur

img

27-11-2014 [11:54]


Laçın rayon Vağazin kənd sakini Əhmədov Rahib Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Məktubun surətini isə redaksiyamıza göndərib.

R.Əhmədov rayon icra başçısı Akif Səlimovdan narazılığını qeyd edib: «Hazırda Ağcabədi rayon Taxta körpü qəsəbəsi adlanan ərazidə yaşayırıq. Biz ailədə dörd nəfərik. Hal-hazırda acınacaqlı bir vəziyyətdə yaşayırıq. Ailədə heç bir yerdən gəlirimiz yoxdur. Mən fəhləlik edirəm, amma buna baxmayaraq evimizə olan tələbatı ödəyə bilmirəm. Kömək üçün neçə dəfələrlə Laçın rayonundakı idarə müdirinin qəbuluna getmişəm. Mənə yalan vədlər verib mənə heç bir köməklik etməyiblər. Soruşanda niyə mənə iş vermirsiniz, deyirlər ki, bizdən olsa pulunuzu alıb sizə iş verərik. Amma icra başçımız tapşırıb ki, mənim xəbərim olmadan heç bir vətəndaşa iş verməyin. Qəbul günləri İcra hakimiyyətinə gedirəm, məni qəbul etmir. Hörmətli prezidentimiz bizim icra hakimiyyətimiz Səlimov Akif xalqımıza qayğı və kömək göstərmək əvəzinə icra hakimiyyətinin qapıları üzümüzə bağlıdır».

Şikayətçi daha sonra vurğulayır ki, icra başçısı Akif Səlimov korrupsiya cinayəti ilə məşğul olan tutulmuş şəxsləri vəzifəyə gətirir, onları idarə müdiri təyin edir. «Bizim konstitusiya qanunlarımıza görə bu şəxslər vəzifədən kənarlaşdırılmaq əvəzinə icra başçımız hər birindən böyük bir summa alaraq onları vəzifə başına qoyur. İcra başçımız Laçın rayon Qarqışlaq kənd sakinlərini məcburi köçürdüb onların torpaq sahələrini zəbt edib. Orada qanunsuz olaraq öz fermasını tikdirib. Bununla yanaşı, bir çox qanunsuz işlər görüb», - deyə məktub müəllifi qeyd edib.

R.Əhmədov şikayət məktubunun surətini H.Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəikli, birinci xanım Mehriban xanım Əliyevaya, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevə də göndərib.

Qarşı tərəfi dinləməyə hazırıq.

mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR