Ermənilərin “lavaş təxribatı”nın qarşısı alındı

img

27-11-2014 [11:38]


"Ermənistan tərəfindən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaşı "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edib. Azərbaycanın etirazı, bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb”.

Bunları Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi İntiqam Hümbətov məsələyə münasibət bildirərkən deyib.

"YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirildi və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində mövcud olduğu qəbul edildi. Yəni, Komitədə aparılmış müzakirələrin nəticəsində ifadə olunib ki, Ermənistanın bu cəhdi qəbuledilməzdir və onun ərazisində hər hansı bir mətbəx nümunəsinin hazırlanmasının erməni millətinə məxsus olması anlamına gəlmir. Habelə, Komitə üzvləri Konvensiyanın ruhunu önə çəkərək ermənilərin lavaşın eksklüziv erməni çörəyi olması iddiasını qətiyyətlə qınayıblar və belə bir halların baş verməməsi üçün hüquqi prosedurların işlənməsinin vacibliyini qeyd ediblər”.

İ.Hümbətovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Komitə üzvləri və digərləri ilə keçirilən bütün görüşlərdə Ermənistanın YUNESKO-nun məqsəd və prinsiplərinin öz işğalçı siyasəti üçün alət etməsini tənqid edib və bu cür yanaşmanın təşkilatın nüfuzuna ciddi xələl gətirəcəyini vurğulayıb.

"Komitədə lavaşın erməni millətinə mənsub olması əvəzinə Ermənistan ərazisində mövcud olması kimi qəbul edilməsi Ermənistan ərazisində azərbaycanlıların yaşadıqlarını, ermənilərin də bu ənənələri onlardan öyrəndiyini bir daha təsdiq etmiş oldu.

Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilib və qərara alınıb ki, növbəti ildə lavaş region ölkələrinin birgə mətbəx irsi kimi YUNESKO-ya təqdim edilsin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR