Bakıda evdən 50 minlik qızıl oğurlandı

img

27-11-2014 [11:29]


Bakının Xətai rayon sakininin evindən külli miqdarda ziyan vurmaqla oğurluq edilib.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, Nazimov küçəsi, ev 109-da yaşayan 1966-cı il təvəllüdlü Şahvələd Mikayıl oğlu Hümbətov ərizə ilə 35-ci Polis Bölməsinə müraciət edib. O, ərizəsində bildirib ki, noyabrın 25-dən 26-na keçən gecə ikimərtəbəli evinin 2-ci mərtəbəsində mətbəxin pəncərəsinin açıq qalmasından istifadə edən naməlum şəxs və ya şəxslər evə daxil olaraq, 600 manat pul və 50 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla Cİnayət Məcəllləsinin 177.3.2-ci (Oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinyaət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR