Fiziki və əqli qüsurlu uşaqlara şəxsiyyət vəsiqəsi verildi - DİN

img

26-11-2014 [17:21]


Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə 3 dekabr - Beynəlxalq Əlillər Günü ərəfəsində, noyabrın 26-da fiziki və əqli qüsurlu uşaqlar üçün Abşeron rayonunun Saray qəsəbəsində yerləşən internat evində şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səyyar xidmət zamanı internat evində yaşayan 18 nəfərə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub. Burada işləyən üç müəllimin isə şəxsiyyət vəsiqələri yeniləri ilə əvəzlənib.

Tədbirdə Respublika Uşaq Fondu Səbail rayon şöbəsinin sədri Xalidə Bayramova və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin şöbə rəisi, polis polkovniki Gülşən Əhmədova iştirak ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub