“İŞİD-in gəlişi Qarabağ ətrafında situasiyanı kəskin dəyişəcək” - Rusiyalı politoloq

img

26-11-2014 [18:23]


"Hazırda nə Ermənistan, nə də Azərbaycan faktiki, kapitulyasiyaya, qarşılıqlı kompromis və güzəştlərə hazır deyil”. 

Bu sözləri erməni portalına müsahibəsində rusiyalı siyasi analitik Aleksandr Krılov söyləyib.

"Azərbaycanda İrəvan xanlığının tarixən Azərbaycan xalqına məxsusluğu barədə iddia qaldırılıb. Ola bilsin, Bakıda kimsə İrəvan xanlığına iddiadan imtinanı Azərbaycan tərəfdən Ermənistana kompromis və güzəşt kimi baxır. Ancaq çətin ki, bu qarşılıq Ermənistan Qarabağ məsələsində mövqeyini dəyişsin” – deyə politoloq bildirib.

Ekspert hazırkı situasiyada nizamlama prosesində sıçrayış gözəmir: "Ancaq vəziyyət Ermənistanda və Azərbaycanda daxili siyasi durumun kəskinləşməsi, Güney Qafqaz miqyasındakı hadisələr, habelə İraq, Suriya kimi Ermənistana və Azərbaycana coğrafi yaxın dövlətlərdə gedən proseslərin təsiri altında dəyişə bilər. Xüsusən də söhbət İŞİD-dən gedir. Aydındır ki, İŞİD-in regionda aktivləşməsi bölgədəki situasiyanı radikal şəkildə dəyişəcək”. 

Musavat.com 

Digər xəbərlər
SON XƏBƏRLƏR