IŞİD-dən daha bir vəhşət: 15 yaşlı uşağı 6 silahlı zorladı

img

26-11-2014 [18:02]


"Al Jazeera”  televiziyasının yaydığı xəbərdə deyilir ki, 15 yaşlı qız 6 silahlı şəxsin hücumuna məruz qalıb. Onu  zorlamaq istəyənlərə ciddi müqavimət göstərən qız silahlıların qəzəbinə gəlib. Onlar qızı cəzalandırmağa qərar  veriblər. 

Silahlılar qızın üzərinə kerosin tökərək, ona od vurublar. Hindistanda baş verən bu dəhşətli olay barədə ətraflı xəbər yayan ərəb kanalı bildirir ki, bu ölkədə qadınların zorlanması adi haldır. 

2012-ci ildə silah gücünə tələbə qızın zorlanmasından sonra bu barədə beynəlxalq mediada mütəmadi yazılar dərc olunur. 

"Al Jazeera” bildirir ki, qız evdən küçəyə çıxarkən silahlılar onu zorlamaq məqsədi ilə yenidən evə dartıb salıblar. Evdə də silahlılara müqavimət göstərən qızı isə yandırıblar.  

Od içində olan qızı xəstəxanaya çatdırıblar. Ancaq bir həftə davam edən müalicə nəticəsiz qalıb və qız dünyasını dəyişib. 

Yerli polis bildirib ki, qızın ölümündə şübhəli bilinən 6 nəfərdən 4-dü artıq həbs olunub. İki nəfərin isə axtarışı davam etdirilir. 

Yeni Dehlidən 277 km. cənub-şərqdə yerləşən Şahcahanpur kəndində baş verən bu olay Hindistanda əsas müzakirə mövzularından biridir. 

Qeyd edək ki, Hindistanın yeni baş naziri Narendra Modi dəfələrlə ölkədə epidemiya xarakteri almış zorlama hallarına qarşı bəyanatlar səsləndirib. Ancaq belə çağırışlara o qədər də önəm verilmir. 

Onu da vurğulamaq gərəkir ki, 6 silahlı şəxs də, od vurulmuş 15 yaşlı qız da eyni kastadan (zümrədən) olan insanlardır(musavat.com). 

Digər xəbərlər
SON XƏBƏRLƏR