Nərimanovda məktəbdə şagird vurulub, yoxsa...

img

26-11-2014 [13:47]


Bakının Nərimanov rayonu ərazisində orta məktəbdə şagird yıxılaraq kəllə-beyin travması alıb.

 Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat veriblər.

Verilən məlumata görə, Nemət Quliyev küçəsi 4 ünvanında yerləşən 304 saylı orta məktəbdə təhsil alan 14 yaşlı Qasımov Y. dəhlizdə yıxılıb. Onu kiminsə itələdiyi qeyd edilir. Nəticədə yıxılan şagird huşunu itirib.

Hadisə yerinə təcili yardım çağırılıb və uşaq xəstəxanaya aparılıb.

Məlumatı dəqiqləşdirmək üçün məktəblə əlaqə saxladıq. Məktəbin direktoru İradə Hüseynovanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Direktorun sözlərinə görə, əvvəldən uşağın səhhətində problemlər olub.

"Şagirdin psixi, nevroloji problemləri var. Valideynlərilə də əlaqə saxlamışıq. Dəfələrlə demişik. Düzdür uşaq heç yerdə qeydiyyatda deyil. Amma onun səhhətindəki problemlər adi gözlə belə görünür”.

O ki, qaldı şagirdin kimsə tərəfindən itələnməsinə, direktor bunun həqiqətə uyğun olmadığını bildirib. Onun sözlərinə görə, Qasımov özü huşunu itirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub