Pariya sədrinə qarşı təxribat, Hafiz Hacıyevin «facebook» hesabını dağıdıblar

img

26-11-2014 [13:18]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə qarşı təxribat edilib. Bu barədə mia.az-a açıqlama verən MMP sədri deyib ki, onun "facebook"dakı rəsmi hesabını sıradan çıxarıblar.

Onun sözlərinə görə, son günlər sosial şəbəkədəki fəallıq etməsi bəzi dairələri narahat edib və buna görə də belə bir təxribat törədilib.

Qeyd edək ki, Hafiz Hacıyev xeyli müddət idi ki, "facebook"dan istifadə etməyə başlamışdı. Hətta bir gün əvvəl mətbuata açıqlamasında bildirmişdi ki, bundan sonra sosial şəbəkələrdə fəal olacaq. Lakin bu açıqlamadan az keçməmiş hesabına haker hücumu təşkil olunub və dağıdılıb: "Uzun müddətdir sosial şəbəkədən istifadə edirdim. Ancaq fəal deyildim. Partiya daxilində apardığımız müzakirələrdən belə qərara gəldik ki, sosial şəbəkələrdə təbliğat işini gücləndirək. Mən də artıq sərbəst şəkildə facebookdan istifadə edirəm. Gündəlik olaraq mətbuata verdiyim açıqlamaları paylaşıram. Camaatın mənə marağı böyükdür. Göndərilən dostluqlar, yazılan şərhlər bunu deməyə əsas verir. Amma görünür, son günlərdəki fəaliyyətim radikal müxalifəti və arxalarındakı mənıur qüvvələri narahat etməyə başlayıb".

Partiya sədri onu da nəzərə çatdırıb ki, mütəxəssislərin apardığı araşdırmadan sonra məlum olub ki, facebookdakı hesabı dağıtmaq üçün ölkə daxilində cəhdlər olsa da, ölkədən kənardan olan haker hücumundan sonra buna müvəffəq olublar. «Radikal müxalifət və ermənipərəst Qərb dairələri elə bilirlər ki, bu yolla məni yolumdan döndərə biləcəklər, amma unutmasınlar ki, mən onların iç üzünü açmaqda davam edəcəm, yorulmadan mübarizə aparacağam. Bu adamlar xəyanətkardırlar, insanı arxadan vururlar. Bir daha bəyan edirəm ki, o xəyanətkarlar layiqli cavablarını alacaqlar», - deyə H.Hacıyev fikrini tamamlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR