Gecə məscidə basqın oldu - Qaraçuxurda şok olay

img

26-11-2014 [11:33]


Noyabrın 26-da səhər saat 01:55 radələrində naməlum şəxslər Qaraçuxur məscidini yandırıb.

 Hafta.az-ın hadisə yerinə ezam olunmuş əməkdaşının bildirdiyinə görə, bunu məscidin axundu Mirmahmud Fəttayev deyib. Məscid axundunun sözlərinə görə, Allah evinə 6-7 min manat həcmində ziyan dəyib: "Məscidin xalça və gəbələri tamamilə yanıb. Pənəcərə şüşələri sındırılıb”.

Mirmahmud Fəttayevin sözlərinə görə, ibadətgahı kimlərin yandırdığı bəlli deyil: "Məscidi yandıranlar bəlli deyil. Hətta gözətçiyə güc də tətbiq edilib və o, yıxılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin adamlar 2 nəfər olub. Məscidin içərisinə daxil olaraq od vurublar. Gözətçi dərhal ayağa qalxıb. Ətrafda yaşayan camaatın köməyi ilə yanğının daha da şiddətlənməsinin qarşısı alınıb.

Hazırda polis hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR