Azərbaycanın tanınmış vəkili polisə müqavimət göstərdi - Tutuldu

img

26-11-2014 [10:26]


Noyabrın 25-də Xətai rayon məhkəməsinin qərarı ilə Elçin Namazov 15 sutka həbs olunub. O polisin qanuni tələbinə əməl etməmədə suçlanır. 

Bu haqda Azadlıq radiosuna vəkilin qardaşı Əkrəm Namazov məlumat verib. Onun sözlərinə görə, E.Namazovun ofisində axtarış aparılıb, bütün məhkəmə və digər sənədləri götürülüb.

Elçin Namazov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır. Vəkilin onunla görüşünə imkan yaradılmayıb.

2011-ci ilin sentyabrında Vəkillər Kollegiyasının qərarı ilə E.Namazov vəkillikdən uzaqlaşdırılıb. Qərarda onun məhkəməyə hörmətsizlik edib, vəkillik etikasını pozduğu göstərilib. E.Namazov sözügedən məhkəmədə 2 aprel aksiyaçılarının hüquqlarını müdafiə edirdi.

E.Namazov Kollegiyanın bu qərarını qərəzli, müstəqil vəkillərin susdurulması, çıxdığı siyasi işlərlə bağlı olduğunu hesab edib.

Vəkillikdən uzaqlaşdırılandan bəri E.Namazov məhkəmədə hüquqi nümayəndə kimi çıxırdı

Digər xəbərlər
SON XƏBƏRLƏR