Sankt-Peterburqdakı baş konsulluğumuzdan maraqlı aksiya - FOTO

img

25-11-2014 [22:49]


Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğu "Astoriya” mehmanxanasında keçirilmiş ənənəvi Milad xeyriyyə yarmarkasında iştirak edib. Hər il keçirilən bu yarmarka xarici diplomatların və mütəxəssislərin xanımlarını birləşdirən Beynəlxalq Qadın Klubunun təşəbbüsü ilə təşkil edilir. Bu il tədbirdə 18 ölkənin, o cümlədən MDB ölkələrindən Azərbaycanın və Rusiyanın baş konsulluqları iştirak edib. 

Bu barədə AzərTAc-a Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun mətbuat xidmətindən məlumat veriblər.

Azərbaycanın baş konsulluğu Azərbaycan Milli Mətbəxi Mərkəzinin – "Baku” restoranının və "Layma” restoranının dəstəyi ilə yarmarkada ənənəvi Azərbaycan yeməkləri, şərab, çay və suvenirlərdən, ölkə haqqında informasiyadan ibarət öz stendini təşkil edib. Stendin təşkilində və işində baş konsulun həyat yoldaşı fəal iştirak edib. O, Azərbaycan haqqında qonaqların suallarına cavab verib, milli mətbəximizdən və ənənələrimizdən danışıb. Yarmarkaya gələnlər Azərbaycana gəlmək və ölkənin mədəniyyəti, koloriti ilə daha yaxından tanış olmaq istədiklərini bildiriblər.

"Baku” jurnalının stenddə nümayiş etdirilən və  Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya həsr olunmuş nömrələri tamaşaçılarda böyük maraq doğurub. Yarmarkaya gələnlərin demək olar ki, hamısı rəngarəng milli geyimlərdə olan azərbaycanlı qızlarla şəkil çəkdirmək istədiyini bildirib.

Aviasiya şirkətləri, mehmanxana, muzey və restoranların supermükafatlarının təqdim olunduğu Böyük lotereya yarmarkanın kulminasiyasına çevrilib. Mükafatlar digər milli stendlərin sponsorları və Azərbaycan Milli Mətbəxi Mərkəzi - "Baku” restoranı, Sankt-Peterburqdakı Ermitaj Dövlət Muzeyinin rəsmi mehmanxanası olan "Ermitaj” oteli və "Layma” restoranı tərəfindən təqdim edilib.

Beynəlxalq xeyriyyə yarmarkasından əldə olunmuş bütün vəsait bir il ərzində Sankt-Peterburqun və Leninqrad vilayətinin uşaq evlərinə və xəstəxanalarına köçürüləcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR