Yeni Zaman Partiyası bəyanat verdi

img

25-11-2014 [20:29]


Bu gün Yeni Zaman Partiyasının Mərkəzi Şurasının növbəti iclası keçirilib. Bu barədə məlumat MIA-ya partiyanın mətbuat xidmətindən daxil olub. Məlumatda deyilir ki, iclasda ölkədəki ictimai-siyasi, insan haqlları ilə bağlı durum və beynəlxalq vəziyyət müzakirə olunmuşdur. İclasın sonunda Yeni Zaman Partiyasının Mərkəzi Şurası beynəlxalq vəziyyəti dəyərlədirərək bəyanat qəbul edib.

Bəyanatda deyilir: "Dünyada və regionda baş verən mühüm geosiyasi proseslər artıq onu göstərir ki, qloballaşmış və çoxqütüblülüyə gedən dünyada ölkənin taleyi üçün düzgün seçim etməyin vaxtı çatıb. Azərbaycan torpaqlarının 20 faizi işğal altında olmasının və bunun həll olunmasının birici dərəcəli olamsı, coğrafiyanın siyasətdə önəmli olması, ölkənin iqtisadi inkişafının, ölkə iqtisadiyyatının gələcək inkişafının, dünyada və regionda baş verə biləcək təhlükələrə qarşı birgə mübarizə üçün Azərbaycanın Avrasiya İttifaqına qoşulmasının ölkəmiz üçün real və düzgün seçim hesab edir".

Bəzi iddialara görə, Yeni Zaman Partiyası Azərbaycandakı ruspərəstlərin cəmləşdiyi təşkilatdır. Partiyanın Kremlin layihəsi olan Avrasiya İttifaqına üstünlük verməsi də bu iddiaların əsassız olmadığı qənaətini yaradır.

Qeyd edək ki, Yeni Zaman Partiyasının sədri Musa Ağayevdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR