İki qurum əməliyyat keçirdi, narkotacirlər yaxalandı

img

25-11-2014 [18:45]


Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İran İslam Respublikası istiqamətindən külli miqdarda - ümumi çəkisi 10 kiloqram 800 qram olan narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, noyabrın 17-də isə həyata keçirilən qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasına gətirilən 5 kiloqram tiryək və 5,8 kiloqram marixuana dövriyyədən çıxarılıb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR