İŞİD haqqında daha bir şok iddia

img

25-11-2014 [18:38]


Suriya və İraqın böyük bir ərazisini nəzarətdə saxlayan İŞİD terror qruplaşması girovlara görə ödənişdən öt il 35-45 milyon dollar qazanıb. 

Musavat.com-un məlumatına görə, bu barədə "The New York Times”  qəzeti "əl- Qaida”ya qarşı sanksiyalara nəzarət edən BMT ekspertinə istinadən yazıb.

"Dəyərləndirmələrə əsasən, 2004-2012-ci illər arasında terror təşkilatlarına girovlara görə ümumilikdə 120 milyon dollar ödənilib”, - deyə qəzet qeyd edib. 

Ekspertin sözlərinə görə, son illər "əl-Qaida” və ona bağlı təşkilatlar insanların oğurlanmasını gəlir götürmək üçün əsas taktikaya çeviriblər. 

BMT yetkilsi bu xüsusda 2012-ci ilə "əl-Qaida” lideri Ayman əl-Zavahirinin Qərbdən daha çox insanı girov götürmək çağırışını da yada salıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR