“Azərovçu”nun rəhbərliyinə cinayət işi açıldı

img

25-11-2014 [16:19]


Daha bir qeyri-hökumət təşkilatında sənədlərin saxtalaşdırılması, vəzifə səlahiyyətlərinin aşılması faktları müəyyən olunub.

"Azərovçu” kimi tanınan "Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin fəaliyyəti ilə bağlı ziddiyyətli xəbərlər ara-bir gündəmə çıxır. Bir müddət əvvəl bu cəmiyyətə məxsus "Ovçular evi” binasının sökülərək yerində böyük biznes mərkəzinin tikiləcəyinə dair xəbərlər yayılmışdı. "Ovçular evi”nin ərazisində söküntü işləri aparılırdı. Lakin sonradan ərazidə aparılan işlər dayandırıldı, tikinti sahəsi hasara alınmış vəziyyətdə qaldı.

Hazırda isə "Azərovçu”nun fəaliyyətində qanun pozuntularının aşkarlandığı bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi komissiya tərəfindən ətraf mühitin mühafizəsinin düzgün və səmərəli təşkili istiqamətində vəziyyətin öyrənilməsi məqsədilə aparılan araşdırmada son 10 ildə cəmiyyətin qanunsuz fəaliyyətinə dair faktlar üzə çıxıb. Hələ əvvəllər, 2006-cı ildə nazirlik "Azərovçu”nun fəaliyyətini qənaətbəxş hesab etməyərək, ovçuluq təsərrüfatlarının aparılması ilə əlaqədar cəmiyyətlə bağlanmış müqavilələri ləğv etmişdi.

2014-cü ildə təkrar aparılmış yoxlamalar nəticəsində "Azərovçu” Cəmiyyətinin rəhbərliyi tərəfindən qanunsuz əmrlərin, müqavilələrin, ödəniş qəbzləri, saxta ovçuluq və üzvlük biletlərinin verilməsi aşkarlanıb. Qanunsuzluqları əks etdirən toplanmış sənədlər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilib. Həmin İdarədə cəmiyyətin vəzifəli şəxslərinin hərəkətlərində vəzifə səlahiyyətlərinin aşılması nəticəsində dövlət mənafeyinə mühüm zərər vurulması faktları müəyyənləşdirildiyindən, Cinayət Məcəlləsinin 309-cu maddəsi üzrə cinayət işi başlanaraq istintaq aparılır.

Cinayət işi ilə bağlı "Azərovçu”nun sədri Füzuli Əşrəfov da dindirilib(axar.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub