Ombudsman Aparatının əməkdaşları İlqar Məmmədova baş çəkib

img

25-11-2014 [16:00]


Ombudsman Aparatının əməkdaşları Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədova baş çəkiblər. Görüş zamanı İlqar Məmmədov bir neçə gün öskürək və yüksək hərarətdən əziyyət çəkdiyini, xəstəliyi ilə əlaqədar Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin həkimlərinin onu müayinə etdiyini, hazırda müəssisənin tibb-sanitar hissəsində stasionar müalicə aldığını, müalicədən sonra səhhətinin getdikcə yaxşılaşdığını bildirib.

İlqar Məmmədovun səsləndirdiyi bəzi fikirlər müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb, səhhətinin nəzarətdə saxlanılması tövsiyə olunub.

Xəbəri "Media forum” saytına Ombudsman Aparatının mətbuat xidməti noyabrın 25-də verib.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR