Lənkəran və Astarada çaylar daşdı

img

25-11-2014 [14:22]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 24-ü gün ərzində, noyabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, dağlıq ərazilərdə sulu qar, qar yağıb, bəzi yerlərdə intensivləşib.

Nazirlikdən Mia.az-a daxil olan xəbərdə bildirilir ki, son iki gündə ən çox düşən yağıntının miqdarı Lənkəranda 202 (aylıq normanın 120 faizi), Astarada 111 (aylıq normanın 72 faizi), Rvarudda (Lerik) 25 mm (aylıq normanın 45 faizi) təşkil edib. Yağan leysan yağışla əlaqədar Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR