Gülağa Aslanlı: “Rövşən Qəmbər 2009-cu ildə öz ərizəsi ilə Müsavatdan çıxıb”

img

25-11-2014 [12:05]


Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin qardaşı, Almaniyada yaşayan Rövşən Qəmbər partiyanın hazırkı başqanı Arif Hacılıya müraciət edib.

APA-nın məlumatına görə, o, sosial şəbəkədə yaydığı müraciətində partiyadan çıxarıldığını, lakin bu barədə ona məlumat verilmədiyini qeyd edib. R. Qəmbər partiyadan hansı səbəbdən çıxarılmasına indiyə kimi aydınlıq gətirilmədiyini də bildirib: "Müsavat Partiyasının qurultayında mənə on dəqiqəlik çıxışıma imkan yaranmadı və hətta partiyadan çıxarıldığım mesajla yazıldı. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi. Bir daha bilmək istəyirəm, nə zaman siz və mən Skayp və ya WhatsApp ilə danışaraq mənim Müsavat Partiyasının üzvü olmağıma aid, təzadlı vəziyyətin aydınlaşmasına aid, partiyanın bölünməməsi istiqamətində ədalətsevər müsavatçıların legitim işbirliyinə aid suallarıma cavab ala bilərəm?”
Müsavata başqanının müavini Gülağa Aslanlı isə APA-ya açıqlamasında deyib ki, R. Qəmbərin qurultaydan əvvəl də belə bir müraciəti olub: "Bu məsələ qurultaydan əvvəl Divanda müzakirə olunub və ona 2009-cu ildə partiyadan öz ərizəsi ilə çıxarılması haqqında məlumat verilib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR