Ali məktəblərə qəbul imtahanında dəyişikliklər gözlənilir

img

25-11-2014 [11:49]


"TQDK-da fəaliyyət göstərən elmi-metodiki seminarlarda dəfələrlə açıq tipli test tapşırıqlarının sayının artırılması təklifləri səslənib. Bunları nəzərə alaraq, 2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək üçün tapşırıqlarının sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının istifadəsi planlaşdırılır”.

Bunları bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komssiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

O, qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd test tapşırığının istifadəsi nəzərdə tutulduğunu deyib. Cədvəldə bu fənlərin qruplar üzrə çeşidi və həmin fənlərin müvafiq qrupdakı çəki əmsalları təqdim olunur.

İxtisas qrupları

Fənnin adı

Çəki əmsalı

Sayı

I

Riyaziyyat

2

3-hesablama,1-uyğunluğu müəyyən etmək

Fizika

2

2-hesablama,1-seçim,1-uyğunluğu müəyyən etmək

Kimya

1

2-hesablama,1-seçim,1-uyğunluğu müəyyən etmək

II

Riyaziyyat

2

3-hesablama,1-uyğunluğu müəyyən etmək

Coğrafiya

2

2-hesablama,1-seçim,1-uyğunluğu müəyyən etmək

Ana dili

1

2-seçim,1- ardıcıllıq,1-uyğunluğu müəyyən etmək

III

Riyaziyyat

1

3-hesablama,1-uyğunluğu müəyyən etmək

Tarix

2

2-seçim,1-ardıçıllıq,1- uyğunluğu müəyyən etmək

Ana dili

2

2-seçim,1- ardıcıllıq,1-uyğunluğu müəyyən etmək

IV

Riyaziyyat

1

3-hesablama,1-uyğunluğu müəyyən etmək

Kimya

2

2-hesablama,1-seçim,1-uyğunluğu müəyyən etmək

Biologiya

2

2-hesablama,1-seçim,1-uyğunluğu müəyyən etmək

Bununla yanaşı, qeyd etmək lazımdır ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək. Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcəkdir.

Qeyd edək ki, bu yeniliklə bağlı "Abituriyent” jurnalının 1-ci sayında model testlər dərc olunacaqdır.

(modern.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR