Lənkəranda həyəcan: Orta məktəb yandı

img

25-11-2014 [11:33]


Lənkəranın Kərgəlan kəndində yerləşən orta məktəbdə güclü yanğın baş verib.

Bu barədə Arqument.az-a məktəbin müəllimlərindən biri məlumat verib. Müəllimin sözlərinə görə, yanğın qısaqapanmadan baş verib: "Tüstüdən gözlərimiz görmürdü. Uşaqları otaqdan zorla çıxardıq. Əksər pəncərələri sındırmaqla uşaqları çıxara bildik. Hazırda dərslər dayanıb. Hamı həyəcan içindədir. Allah köməyimiz olsun".


Digər xəbərlər
SON XƏBƏRLƏR