14 yaşlı oğlan sinif yoldaşını zorladı

img

25-11-2014 [09:48]


İngiltərədə bir il əvvəl baş verən hadisələrdən birinin üstü açılıb.

ANS PRESS-in məlumatına görə, ötən il İngiltərədə məktəblərdən birində cinsi münasibətlər haqqında dərs keçirildikdən sonra şagirdlərdən biri öyrəndiklərini sinif yoldaşı üzərində tətbiq etməyə çalışıb. Belə ki, dərsdən çıxan 14 yaşlı oğlan yaşıdı olan qıza cinsi münasibətdə olmağı təklif edib. 

Qız narazılıq etsə də, oğlan buna məhəl qoymayıb və istəyinə nail olub. Qız isə baş verənləri heç kimə danışmayıb. Bu yaxınlarda məktəbdə fəaliyyət göstərən tibb bacısının qızı pərişan halda olduğunu görüb nə baş verdiyini soruşması ilə həqiqət üzə çıxıb. 

Lakin müəyyən olub ki, həmin oğlan artıq həmin bölgədə yaşamır. Qıza isə müəyyən bir müddət ərzində reablitasiya kursu keçiriləcək.

Hadisənin ortaya çıxmasından sonra İngiltərədə cinsi münasibətlər haqqında olan dərsliklərin yenidən nəzərdən keçirilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR