Bu rayonlarda saxta mallar aşkarlanıb

img

25-11-2014 [10:06]


 İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, növbəti monitorinqlər zamanı Bakının Suraxanı, Yasamal rayonlarında, eləcə də Sumqayıt, Kürdəmir, Gəncə, İsmayıllı, Masallı, Qax, Balakən və Ağdamda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

AzərTAc 

Digər xəbərlər
SON XƏBƏRLƏR