İcra başçısı özünə şəxsi obyekt tikdi, dövlət və camaatı zərərə saldı

img

24-11-2014 [22:23]


Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyevin şəxsi kommersiya obyektində tikinti işləri aparılarkən rayonu istiliklə təchiz etməli olan boru xətti zədələnib. Buna görə də rayonun 100 min nəfərdən çox sakini istiliksiz qalıb.

Bu məlumatı virtualaz.org saytının redaksiyasına müraciət edən Yasamal sakinləri veriblər.

Sakinlərin sözlərinə görə, tikinti işləri aparılarkən texnika "Şahdağ” restoranın yaxınlığındakı iki beşmərtəbəli binanın arasından keçən boru xəttini zədələyib.

Faktı "Azəristiliktəchizat” ASC də tsədiq edib. Qurumdan bildirilib ki, Yasamal rayonuna verilən istiliyin kəsilməsi hansısa obyektin tikintisi zamanı boru xəttinin zədələnməsi ilə bağlıdır.

Virtualaz.org saytı isə dəqiləşdirə bilib ki, həmin obyekt icra başçısı İbrahim Mehdiyevə məxsusdur. Yasamal sakinləri İ.Mehdiyevin bu faktı ciddi-cəhdlə gizlətməyə çalışdığını bildirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR