16 yaşlı oğlanı zorlamaq istəyənin məhkəməsi başladı

img

24-11-2014 [21:46]


Bu gün Ağır Cinayətlər Məhkəməsində yeniyetmə oğlana qarşı seksual xarakterli hərəkətlərdə təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramil Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesinə baxış iclası keçirilib. 

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham olunan R. Rüstəmov özünü qismən təqsirli bilib.

İclasda zərərçəkmiş 16 yaşlı İlyas Əliyev (ad şərtidir) ifadə verib. Məhkəmə prosesi noyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, məhkəmə prosesi qapalı keçirilir.

Hadisəyə gəlincə, olay bu ilin avqustunda Sabunçu rayonunda baş verib. Rayondakı ayaqqabı köşklərindən birində usta işləyən R.Rüstəmov yanına müştəri kimi gələn yeniyetməni zorlamağa cəhd edib. Hadisədən sonra oğlan bu barədə valideynələrinə bildirib. Onlar da polisə şikayət ediblər və  R. Rüstəmov saxlanılıb.

Ramil Rüstəmova Cinayət Məcəlləsənin 150.1 (Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb(Lent.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR