Veysəloğlu Şirkətlər Qrupu: - “Qan ver-xilas et!”

img

24-11-2014 [20:27]


Veysəloğlu Şirkətlər Qrupu "Qan ver-xilas et!” adlı qanvermə aksiyasını həyata keçirib.

Veysəloğlu Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, aksiyanın məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara və eyni zamanda bədbəxt hadisələr nəticəsində xəsarət almış insanlara təmənnasız yardım etməkdən ibarət olub. "Könüllülük prinsipi əsasında keçirilən aksiyada 300 nəfərdən artıq şirkət əməkdaşı donor qismində iştirak edib.

Respublika Mərkəzi Qan Bankının həkim heyyətinin müşaiyyəti ilə həyata keçirilən bu aksiya şirkət əməkdaşları tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanıb.

Xatırladaq ki, "Talassemiya" dünyanın bir çox ölkəsində rast gəlinən irsi qan xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, bütün dünyada 300 milyona yaxın bu xəstəliyi daşıyan insan var. Talasemiya dünyada ən sıx müşahidə olunan tək gen pozğunluğudur. Talassemiyanın əsas səbəbi İnsanda olan 46 cüt xromosomdan 11-ci xromosomla 16-cı xromosomda yaranan qüsurdur.

Ona görə də dünyada milyonlarla insan belə xəstələrin tam sağalana qədər həyatda qalması üçün mütamadi qan vermə aksiyalarına qoşulurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR