Azərbaycanda biznesmenə basqın oldu - QƏTL

img

24-11-2014 [14:57]


Bu gecə saat 04 radələrində Qəbələdə kafe müdirinin evinə silahlı basqın olub. 

Qəbələ rayon prokurorunun köməkçisi Elçin Sadıqovun ANS PRESS-ə verdiyi məlumata görə, Mirzə Ələkbər Sabir küçəsində yaşayan 1967-ci il təvəllüdlü Vahid Rəşid oğlu Vahabovun evinə basqın edən şəxslər onu odlu silahla güllələyiblər.

Aldığı xəsarətlərdən ev sahibi hadisə yerindəcə ölüb. Hadisə baş verərkən öldürülən şəxsin həyat yoldaşı da evdə olub. Basqın edən şəxslər ev əşyalarına toxunmayıblar.

Qeyd edək ki, Vahid Vahabov həmin ərazidə yerləşən "Soyuq Bulaq” adlı kafenin sahibidir. O, bu yaxınlarda bahalı avtomobilini satıb. İlkin ehtimala görə, oğrular evdə külli miqdarda pul olacağını zənn edərək cinayəti törədiblər. Lakin hələlik evdən pulun olub-olmaması, yaxud oğurlanması barədə heç bir məlumat yoxdur.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR