Müğənni Elnarədən yeni xəbər - FOTOLAR

img

22-11-2014 [13:29]


Müğənni Elnarə Xəlilovadan xəbər var.

Mia.az xəbər verir ki, ifaçı İstanbulda klip çəkdirib. 

"Dayan” adlı mahnının söz və musiqisi bəstəkar Günel Sərdarqızına aiddir. Müğənni bildirib ki, mahnı duet şəklində ifa olunub:

"Duet ortağım Türkiyədə "Pop star” mahnı yarışmasından tanınan Barış Kömürcüoğludur. Klipdə tərəf müqabilim də Barışdır. Düşünürəm ki, yeni yaradıcı işimiz maraqlı alınıb”.

Qeyd edək ki, klipin təqdimatı noyabrın 27-də "Nizami” Kino Mərkəzində olacaq.

Tədbirdə klipi ərsəyə gətirən türkiyəli rejissor Mustafa Sarıqaya, həmçinin digər yarıdıcı heyət də iştirak edəcək.

Oxuculara "Dayan” mahnısının çəkilişləri zamanı lentə alınan fotoları təqdim edirik:


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR