Həbsdən çıxan kimi arvadını bıçaqladı-Bakıda+Video

img

21-11-2014 [19:49]


Bakının Səbail rayonunda qətl törədilib.


"Gunpress.az” xəbər verir ki, Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyevin APA TV-yə verdiyi məlumata görə, Salyan rayonunda anadan olmuş, 1977-ci il təvəllüdlü Münəvvər Mirhəbib qızı Miriyeva ötən gün saat 21 radələrində rayonun Bədəlov küçəsində naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

Hadisə yeri Səbail Rayon Prokurorluğunun, Polis İdarəsinin əməkdaşları və ekspertlərin iştirakı ilə müayinə edilib. Aparılan araşdırmalardan sonra hadisəni törədən şəxsin mərhumun həyat yoldaşı olduğu müəyyən edilib. Qadına 4 bıçaq zərbəsi vuran əvvəllər dəfərlərlə məhkum olunmuş 1972-ci il təvəllüdlü Əliyev Elmar Salman oğlu hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Sonuncu dəfə dələduzluq maddəsi ilə məhkum olunan E.Əliyev bu il azadlığa çıxıb. Onların iki azyaşlı övladı var.

Mərhum Minəvvər Miriyeva onun 2-ci həyat yoldaşıdır. Saxlanılan şəxsin 1-ci evliliyindən isə 3 övladı var.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR