Jurnalist Rauf Mirqədirovun həbs müddəti uzadıldı

img

21-11-2014 [17:01]


Vətənə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun həbs müddəti daha 5 ay uzadılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, dünən Rauf Mirqədirovun vəkili Fuad Ağayev sensasion bəyanatla çıxış etmişdi. "MTN-in təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirovun həbs müddəti başa çatdığından, o, dərhal azadlığa buraxılmalıdır”, - deyə vəkil bildirmişdi.

Vəkil bunu Rauf Mirqədirovun həbs müddətinin noyabrın 19-da başa çatması və həbsin uzadılması ilə bağlı heç bir qərar qəbul olunmaması ilə əsaslandırmışdı.

Onu da xatırladaq ki, Rauf Mirqədirov 2010-cu ildən "Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. Bu il aprelin 19-da o, Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları həbs edib. Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləməkdə, dövlətə xəyanətdə günahlandırılır.

İyulun 15-də Nəsimi Rayon Məhkəməsində Rauf Mirqədirovun həbs müddətinin uzadılması barədə təqdimata baxılmış və onun həbs müddətinin 4 ay müddətinə uzadılması haqda qərar çıxarmışdı.(virtualaz.org)

Digər xəbərlər
SON XƏBƏRLƏR