37 yaşlı qadın küçədə öldürüldü

img

21-11-2014 [14:07]


Ötən gün axşam saatlarında Bakının Səbail rayonunda 37 yaşlı qadın öldürülüb.

Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1977-ci il təvəllüdlü Münəvvər Mirhəbib qızı Miriyeva naməlum şəxs tərəfindən bıçaqlanıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR