Daxili İşlər naziri daha bir polis rəisini işdən çıxartdı

img

21-11-2014 [13:31]



Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi polkovnik-leytenant Lətif Cahangirov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.
Axar.az-ın məlumatına görə, 11-ci polis bölməsinin rəisi polkovnik-leytenant Anar Həsənov az öncə vəzifəsindən azad edilərək sərəncama göndərilmişdi.
Məlumatı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən Axar.az-a təsdiqlədilər. Növbətçi hissədən verilən məlumata görə, artıq Lətif Cahangirov yeni vəzifəsini icra edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR