İlqar Məmmədov tibb məntəqəsinə yerləşdirilib

img

21-11-2014 [13:17]


ReAl hərəkatının sədri, siyasi məhbus İlqar Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsinə yerləşdirilib. Məlumat ReAl adından yayılıb.
İlqar Məmmədovun xəstələnməsi barədə vəkili Fuad Ağayev noyabrın 12-də məlumat vermişdi. ReAl-ın yaydığı məlumatda deyilir ki, son üç gündə İlqar Məmmədovun səhhəti barədə heç bir xəbər olmayıb. Bu gün bəlli olub ki, İlqar Məmmədov tibbi məntəqəyə yerləşdirilib.
Yaranmış vəziyyətlə əlaqədar ReAl Hərəkatının İdarə Heyəti, İnsan Haqları Ombudsmanı aparatından və humanitar missiyasını nəzərə alaraq Qırmızı Xaç Cəmiyyətindən, nümayəndələrinin İlqar Məmmədovun yanına göndərməsini, onun durumu barədə ictimaiyyətə və yaxınlarına məlumat verməsini xahiş edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub