Azərbaycanda ağır növ narkotik satan dəstə yaxalanıb

img

21-11-2014 [13:07]


Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, vətəndaşlardan daxil olan müraciətlər və əməliyyat məlumatları əsasında nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının noyabrın 21-də həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının külli miqdarda qanunsuz dövriyyəsi ilə məşğul olan 5 Hacıqabul sakini saxlanılıb. Onların 4-ü əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış zamanı ümumilikdə 1,7 kiloqrama yaxın ağır növ narkotik vasitələr və psixotrop maddələr aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR