Kütləvi dava düşən otel generalın çıxdı - Priton, yoxsa... - FOTO (Yenilənib)

img

21-11-2014 [11:10]


Xəbər verdiyimiz kimi, Bakıda bu gecə məşhur otellərdən birində bir nəfərin ölümü ilə nəticələnən insident baş verib. 

Həmin otel Gəncənin sabiq polis rəisi, hazırda DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi general Rasim Musayevə məxsus "Vulkan” otelidir. Hadisə şahidlərinin sözlərinə görə, oteldə istirahət edən xanımla kişi arasında düşən mübahisə nəticəsində qadın öldürülüb, kişi isə yaralanıb.  

Qeyd edək ki, "Vulkan” otelin adı dəfələrlə priton qalmaqallarında hallanıb(Qafqazinfo).

Xatırladaq ki, dünən gecə Binəqədi rayonu ərazisində yerləşən "Vulkan” istirahət mərkəzində qanlı hadisə baş verdiyi xəbəri yayılıb.  Bizimyol.info saytına daxil olan məlumata görə, kütləvi dava və bıçaqlaşma hadisəsi nəticəsində ölən və yaralananlar var. İstirahət mərkəzinə hadisədən sonra çox sayda polis əməkdaşları gəlib.

***
Ötən gecə Bakıda, Binəqədi şossesində fəaliyyət göstərən məşhur otellərdən birində qeydə alınan ölüm hadisəsilə bağlı bəzi məqmlar hələ də qaranlıq qalıb. 

Binəqədi rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hələlik hadisənin intihar, yaxud qətl olduğu bilinmir.

Belə ki, "Vulkan” motelində, otaqların birində Kürdəmir rayonu Sığırlı kəndindən olan Afaq Rafiq qızı Şükürovanın asılmış meyiti tapılıb. Meyiti hama otağından Asif Ağamalıyev adlı şəxs tapıb. Kişi dərhal otelin işçilərini çağırıb.

Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşalrı cəlb olunub. Lakin hadisənin intiahr, yaxud cinayət olduğu dəqiq bilinmir.

Ölüm baş vermə səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR