Şeyx böyük nümayəndə heyəti ilə səfərə çıxır

img

21-11-2014 [11:01]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfərə yola düşür.

Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, səfər noyabrın 22-də olacaq. Səfərdən məqsəd 2014-cü il noyabrın 23-24-də İranın Qum şəhərində «Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında» mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etməkdir.

Qum Elmi Mərkəzində nüfuzlu din xadimi Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin təşkilatçılığı ilə keçirilən aktual mövzuya həsr olunmuş, tanınmış İslam alimlərinin iştirak edəcəyi mötəbər tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri məruzə ilə çıxış edəcək(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR