Nərimanov rayonunda valideynlər ayağa qalxdı - VİDEO

img

21-11-2014 [10:41]


Nərimanov rayonu, Pişəvari adına Respublika Hümanitar Fənlər Gimnaziyasında oxuyan və yataqxanada qalan şagirdlərin valideynlərinin şikayəti yataqxananın sökülməsindəndir.

ANS TV-nin məlumatına görə, valideynlər deyir ki, yataqxananın söküləcəyi barədə onlara məlumat veriblər. 50 şagirdin təhsil aldığı bü gimnaziyada valideynləri narahat edən uşaqların qalmağa yerlərinin olmamasıdır. Çünki uşaqların çoxunun valideynləri işlədiyindən, bəzilərinin imkanı olmadığından, bəzi uşaqların isə valideynləri rayonda qaldığından uşaqların gimanaziyada qalması hər bir valideyn üçün sərfəlidir. Düzdü məktəb hələ sökülməsə də, amma valideynlər narahat olduğundan məktəbin rəhbərliyinə və müvafiq qurumlara müraciət də ediblər. Yataqxananın sökülməsinə razı olmayan valideynlər özlərinin hesabına pul verib yataqxananı təmir etdirmək istədiklərini də bildirdilər.

"Biz valideynlər xahiş edirik ki, bu yataqxanada uşaqlarımızın qalmasına icazə versinlər, yəni yataqxana sökülməsin. Şayiələr gəzir ki, yataqxana sökülərək yerində Dərnək inşa ediləcək. Nə lazımdırsa, valideynlər pul yığaq, yataqxananı təmir etdirək, amma yataqxana sökülməsin”, - deyə şikayətçi Günel Tairquliyeva bildirib.

Şikayətçi deyir ki, 3-5 gün məktəb açılmamışda öncə gəlib valideynlərə bildirdilər ki, bəs sizin uşaqlarınızı internat tipli məktəblərə köçürək, əgər yaxşıdırsa, onda öz uşaqlarını niyə internat məktəblərə köçürmürlər?

Təsil Nazirliyindən isə bildirdilər ki, yataqxana təmir məqsədilə yalnız dərs ilinin sonunda təmirə bağlanacaq. Yeni mövsümdə isə yenidən şagirdlərin istifadəsinə veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR