Lənkəranda qalmaqal: Sxadadze Yunis Hüseynova yumruq atdı

img

21-11-2014 [09:26]


Bu gün Topaz Premyer Liqasının XII turunda keçirilən "İnter”-"Xəzər Lənkəran” matçından sonra xoşagəlməz hadisə baş verib. 

"Bankirlər”in 3:1 hesablı qələbə qazandığı oyundan sonra paytaxt təmsilçisinin baş məşqçisi Kaxaber Sxadadze cənubluların məşqçiləri tərəfə qeyri-etik jest göstərib.

Gürcüstanlı mütəxəssisin bu hərəkətindən sonra "Xəzər Lənkəran”ın nümayəndəsi Yunis Hüseynov onu sakitləşdirməyə çalışıb. Daha da hirslənən Sxadadze ona da yumruq atıb (apasport.az).

Virtualaz.org saytı xatırladır ki, bu gün baş tutan "Simurq"-"Neftçi" matçının fasiləsində də qalmaqal yaşanıb.

Belə ki, komandalar fasiləyə yollanan zaman "Neftçi"nin futbolçuları Elvin Yunuszadə ilə Ernest Nfor arasında mübahisə düşüb. Tərəflər öncə bir-birlərini zəif oynamaqda ittiham edib, sonra isə bir-birlərinə hücum çəkərək əməlli-başlı əlbəyaxa davaya çıxıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR