Mia.az güclü haker hücumuna məruz qalıb

img

21-11-2014 [09:14]


Müstəqil İnformasiya Agentlyinin xəbər portalı - Mia.az son iki gündə güclü haker hücumuna məruz qalır. Noyabrın 18-dən geniş vüsət alan ardıcıl hücumlar səbəbindən srağagün və dünən saytın fəaliyyətində müəyyən fasilələr yaranıb. Bununla yanaşı, saytın elektron poçtuna özümüzün də daxil olmağımızda ciddi problemlər yaranıb.

Mia.az xəbər verir ki, bu hücumların qaynağı ölkə xaricindəndir: "Diqqət etmişik, nə zaman ki, ordumuz ermənilər üzərində hərbi və psixoloji güc qazanr, həmin an sayta hücum güclənir. Xüsusi ilə ordumuzun fəxrediləsi fəaliyətindən bəhs edən xəbərlər intensivləşdikdə hücum da buna adekvat olur. Döyüş zonasında sərhədimizi pozan erməni helikopterinin vurulmasından sonra Mia.az-a yenidən edilən hücumlar da bu qənaətimizi gücləndirir. 

Qeyd edək ki, analoji hal bu ilin avqustunda təmas xəttində baş verən gərginlik zamanı da müşahidə olunmuşdu. Amma bu dəfə haker hücumu daha amansız olub.  Vəziyət o həddə çatıb ki, server sayta ötürülən dağıdıcı trafikləri qarşılamaqda çətinlik çəkib və buna görə saytın fəaliyyəti qısa fasilələrlə məhdudlaşdırılıb.

Göstərilənləri əsas gətirərək, diqqətli oxuculardan bizi anlayışla qarşılamalarını xahiş edirik!".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR