Azərbaycanlı aparıcı: “Özümü seksual yox, cazibədar hesab edirəm”

img

20-11-2014 [20:07]


Aparıcı Zemfira Adıgözəlova ünvanına deyilən "seksual” ifadəsinə münasibət bildirib.

Aparıcı bu ifadəyə normal yanaşdığını söyləyib:"Əvvəl haqqımda bu sözlər işlədiləndəutanırdım, mənə təəccüblü gəlirdi. Sonradan eşitdim ki, bir çox tanınmış özləri jurnalistlərə deyir ki, haqlarında bu ifadəni yazsınlar. İndi mənim üçün bu, normaldır. Amma özümü seksual yox, daha çox cazibədar və cəlbedici hesab edirəm. Bir məkana gedəndə orada nə qədər gözəl xanım olsa da, hər kəsin diqqəti mənə yönəlir. Elə təkcə saçlarım diqqət çəkməyə bəs edir. Məndən hər zaman ətrafa müsbət enerji yayılır. Auram çox gözəldir”.

Z.Adıgözəlova baxım sirlərindən də danışıb:"Manikür, pedikürümə, saçlarıma və bədən baxımıma gigiyenik tərəfdən çox həssasam. Əyin-başım təmiz olmalıdır. Hamamda bədən üçün gellərimə yer yoxdur. Dırnağımın boyası pozulubsa, onu gecəyarısı da olsa, düzəltdirməliyəm. Saçlarıma kosmetoloqlar tərəfindən hazırlanmış təbii maskalar qoyuram. İdman etmirəm. Yuxudan oyanmaqla bağlı problemim var. Çörək, yağlı yemək yemirəm”. (axsam.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR