Prezident İlham Əliyev sərəncam imzaladı, nazirə tapşırıq verildi

img

20-11-2014 [19:19]


Azərbaycan prezidenti İlham Əliyev bu gün növbəti sərəncamını verib. Ölkə başçısı kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına və heyvandarlığın inkişafına əlavə dəstək haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, sərəncamda aşağıdakı göstərişlər verilib:

"1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikasına ehtiyacını ödəmək üçün 8,0 (səkkiz) milyon manat və xaricdən damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan təsərrüfatlara 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.


Digər xəbərlər
SON XƏBƏRLƏR