“ATƏT Azərbaycanın daxili işlərinə qarışır”-Siyavuş Novruzov

img

20-11-2014 [14:45]


"Azərbaycan müstəqillik qazandıqdan sonra ATƏT-lə səmimi əməkdaşlığa çalışıb. Lakin biz dəfələrlə, istər seçkilər dövründə, istər Azərbaycanla bağlı digər məsələlərdə ATƏT-in qeyri-obyektivliyini, ölkəmizin daxili işlərinə qarışmasını, Azərbaycan dövlətinin idarə olunmasına öz təsir mexanizmini göstərməsinin şahidi olmuşuq”.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə müzakirədə çıxışı zamanı deyib.

S.Novruzov memorandumun təsdiq olunmasını təklif edib: "Biz bunu səs verərək təsdiqləyək. Ancaq xahiş edək ki, öz mandatı daxilində fəaliyyət göstərsin. Mandatından kənara çıxmasın. ABŞ-da, Avropanın hər hansı bir ölkəsindəki kimi, Azərbaycanda da həmin mandat çərçivəsində fəaliyyət göstərsin. Özünü ağsaqqal kimi aparmasın. Azərbaycan öz dövlətinin idarəetmə mexanizmini müəyyənləşdirib, rəhbərini seçib, dövlət strukturlarını formalaşdırıb. Bu xalqın dəyərləri ATƏT-in, ora yığışanların dəyərlərindən daha üstündür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR