Cahangir Hacıyev çirkli pulları yumaqda ittiham olundu

img

20-11-2014 [14:35]


Rusiya Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankının Moskva filialını ("MBA-Moskva”) çirkli pulların yuyulması haqda qanunu pozmaqda ittiham edib.

Bu barədə Rusiya Mərkəzi Bankının saytında yerləşdirilmiş materialda bildirilir. Məlumatı Rusiya Mərkəzi Bankının saytına istinadən АК&M  agentliyi yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqda qanunun 15.27-ci maddəsinin 1-ci hissəsini pozmaqda günahlandırılır.

Bu qanun pozuntusuna görə bank inzibati məsuliyyətə cəlb edilib və ona rəsmi xəbərdarlıq olunub. Rusiya Mərkəzi Bankının müvafiq qərarı noyabrın 7-də qüvvəyə minib.

Azərbaycan Beynəlxalq Bankının Moskva filialı 2001-ci ilin yanvarında yaradılıb. Onun nizamnamə kapitalı 2,11 milyard rubl təşkil edir. Bankın yeganə təsisçisi və sahibi Azərbaycan Beynəlxalq Bankıdır.(virtualaz.org)


Digər xəbərlər
SON XƏBƏRLƏR