Ət kəskin bahalaşacaq

img

20-11-2014 [13:44]


Rusiyanın kənd təsərrüfatı malları istehlakına nəzarət edən qurum ("Rosselxoznadzor") 2014-cü ilin sonuna kimi Azərbaycandan bu ölkəyə quş əti, balıq və süd məhsullarının ixracına icazə verə bilər.

Bu barədə "Rosselxoznadzor”un rəhbərinin köməkçisi Aleksey Alekseyenko bildirib. "Rosselxoznadzor” 2015-ci ilin birinci rübündə Azərbaycanın quş əti, balıq və süd məhsulları müəssisələrinin informasiya yoxlamasını keçirməyi planlaşdırırdı. Amma Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin dəfələrlə etdiyi xahiş nəzərə alınaraq yoxlamalar dekabr ayının əvvəlinə keçirilib.

"Əgər yoxlamalar zamanı problem aşkarlanmazsa, Azərbaycandan məhsul idxalı ilin sonuna baş tutacaq", - deyə Alekseyenko bildirib.

Bu isə Azərbaycanın özündə həmin məhsulların bahalaşacağı deməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR