Əli Ömərov YAP-a üzv oldu

img

20-11-2014 [13:23]


Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov hakim Yeni Azərbaycan Partiyasına (üzv) qəbul edilib.
Bu barədə Publika.az-a sabiq baş prokuror Ə.Ömərov özü məlumat verib.
Ə.Ömərov deyib ki, YAP üzv olmaq üçün göndərdiyi müraciətə dərhal baxılıb və partiyanın Nəsimi rayon təşkilatına qəbul edilib: "Mən hər zaman bu partiyanın yaradıcısı olan mərhum Heydər Əliyevin şəxsiyyətinə böyük hörmət etmişəm. Bu gün də onun davamçısı olan prezident İlham Əliyevin siyasətini dəstəkləyirəm. Mənim bir siyasi mövqeyim olub, o da Heydər Əliyevi siyasətini dəstəkləməkdir”.
Baş prokuror olduğu vaxtı Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyə qarşı cinayət işi başlatmaq istəməsi barədə yayılan məlumatlara da toxunan Ə.Ömərov deyib ki, bu barədə söylənilən fikirlər yalan və böhtan xarakterlidir: "Mənim Əbülfəz Elçibəylə heç bir düşmənçiliyim olmayıb. Heç dostluğum da olmayıb. Hamı kimi normal münasibət bəsləmişəm. Mən nə üçün Əbülfəz Elçibəyi həbs etməli idim? Əgər onu həbs etmək istəsəydim, bunu o zaman edərdim. Odur ki, bu cür məlumatlar yalandır”.
Xatırladaq ki, Ə.Ömərov YAP-a üzv olmaq istəyi barədə ilk açıqlamasını da Publika.az-a müsahibəsində dilə gətirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR